BAKI, 22 mart. TELEQRAF

İngiltərənin “Çelsi" klubunun rəhbərliyi baş məşqçi Liam Rosenyorun nəticələrindən narazıdır.

Teleqraf xəbər verir ki, bu barədə məşhur insayder Nikolo Şkira özünün "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Mənbənin məlumatına görə, londonlular cari mövsümün sonunda UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsələr, 41 yaşlı mütəxəssis vəzifəsindən kənarlaşdırıla bilər.

Rosenyor bu posta yanvarın 8-də təyin olunub və tərəflər arasında 2032-ci ilin yayına qədər qüvvədə olan müqavilə imzalanıb. Lakin komandanın son 4 oyunda 12 qol buraxaraq ardıcıl məğlubiyyətlər alması rəhbərliyin mövqeyinə təsir edib.

Qeyd edək ki, "Çelsi" hazırda İngiltərə Premyer Liqasında 31 turdan sonra 48 xalla 6-cı pillədə qərarlaşıb.