BAKI, 19 mart. TELEQRAF

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin təqvimini yayımlayıb.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu mərhələnin ilk oyunları 7-8 aprel, cavab qarşılaşmaları isə 14-15 aprel tarixlərində baş tutacaq.

1/4 final mərhələsinin cədvəli (Bakı vaxtı ilə):

İlk oyunlar

7 aprel, 23:00: "Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə)

7 aprel, 23:00: "Real Madrid" (İspaniya) - "Bavariya" (Almaniya)

8 aprel, 23:00: "Barselona" (İspaniya) - "Atletiko Madrid" (İspaniya)

8 aprel, 23:00: PSJ (Fransa) - "Liverpul" (İngiltərə)

Cavab oyunları

14 aprel, 23:00: "Atletiko Madrid" (İspaniya) - "Barselona" (İspaniya)

14 aprel, 23:00: "Liverpul" (İngiltərə) - PSJ (Fransa)

15 aprel, 23:00: "Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya)

15 aprel, 23:00: "Bavariya" (Almaniya) - "Real Madrid" (İspaniya)

Qeyd edək ki, turnirin final matçı mayın 30-da Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.