BAKI, 19 mart. TELEQRAF
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cütləri müəyyənləşib.
Teleqraf xəbər verir ki, bu mərhələdə ən çox komanda ilə İspaniya təmsil olunur - 3 klub.
İngiltərə 2 klubla təmsil olunduğu halda, Fransa, Almaniya və Portuqaliyanın hərəyə bir komandası mübarizəni davam etdirir.
1/4 finalın cütləri aşağıdakı kimidir:
PSJ (Fransa) – “Liverpul” (İngiltərə)
“Real Madrid” (İspaniya) – “Bavariya” (Almaniya)
“Barselona” (İspaniya) – “Atletiko Madrid” (İspaniya)
“Sportinq” (Portuqaliya) – “Arsenal” (İngiltərə)
Bu mərhələnin ilk oyunları 7 aprel, cavab qarşılaşmaları isə 14 apreldə keçiriləcək.