BAKI, 18 mart. TELEQRAF

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Teleqraf xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan millimiz Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Sloveniyanın Krşko şəhərində baş tutan görüş rəqibin 6:1 hesablı qələbəsi ilə bitib. Yığmamızın heyətində yeganə qolu 42-ci dəqiqədə Könül Hüseynova vurub.

Qeyd edək ki, Azərbaycan millisi əvvəlki oyunlarında Belçikaya 0:11, Sloveniyaya 0:3 hesabı ilə uduzmuşdu. Baş məşqçi Nərgiz Qurbanovanın rəhbərlik etdiyi komanda qrupu sonuncu yerdə başa vurub.