BAKI, 18 mart. TELEQRAF
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin daha üç iştirakçısı müəyyənləşib.
Teleqraf xəbər verir ki, bunlar İspaniyanın “Real Madrid”, Fransanın PSJ və İngiltərənin “Arsenal” komandalarıdır.
Madrid təmsilçisi “Mançester Siti” ilə İngiltərədə keçirilən 1/8 finalın cavab oyununda 2:1 hesabı ilə qələbə qazanıb.
Fransa təmsilçisi PSJ isə İngiltərədə “Çelsi”ni darmadağın edib – 3:0.
“Arsenal” isə Almaniyanın “Bayer Leverkuzen” klubundan üstün olub - 2:0.
Qeyd edək ki, 1/8 final mərhələsinə martın 18-də yekun vurulacaq.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
"Sportinq" (Portuqaliya) - "Budo/ Qlimt" (Norveç) 5:0 (ilk oyun - 0:3).
“Arsenal" (İngiltərə) - "Bayer Leverkuzen" (Almaniya ) 2:0 (ilk oyun - 1:1)
"Çelsi" (İngiltərə) - PSJ (Fransa) 0:3 (ilk oyun - 2:5)
"Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) 1:2 (ilk oyun - 0:3).