BAKI, 17 mart. TELEQRAF

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.

Teleqraf xəbər verir ki, günün ilk matçında Portuqaliya təmsilçisi "Sportinq" Norveçin "Buddo/Qlimt" klubunu qəbul edəcək.

İngiltərə təmsilçisi "Mançester Siti" isə İspaniya "Real Madrid" ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi

17 mart

21:45, "Sportinq" (Portuqaliya) - "Budo/ Qlimt" (Norveç) (ilk oyun - 0:3).

00:00, "Arsenal" (İngiltərə) - "Bayer Leverkuzen" (Almaniya ) (ilk oyun - 1:1);

00:00, "Çelsi" (İngiltərə) - PSJ (Fransa) (ilk oyun - 2:5);

00:00, "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) (ilk oyun - 0:3).