BAKI, 13 mart. TELEQRAF

İngiltərənin “Aston Villa” komandasının baş məşqçisi Unai Emeri klubun tarixinə düşüb.

Teleqraf xəbər verir ki, ispaniyalı mütəxəssis Birmingem təmsilçisinin “sükanı arxası”nda 100 qələbəyə ən tez çatan məşqçi kimi rekord müəyyənləşdirib.

Tarixi nailiyyət UEFA Avropa Liqasının 1/8 final mərhələsinsə Fransanın “Lill” klubu ilə səfər matçında (1:0) qeydə alınıb. Bu, Emerinin “aslanlar”la çıxdığı 181-ci qarşılaşma olub.

Bununla da 54 yaşlı Unai Emeri Ron Sandersin rekordunu yeniləyib.

Qeyd edək ki, 1974-1982-ci illərd komandaya rəhbərlik etmiş Sanders 100 qələbə sayına 212 oyundan sonra çatmışdı.