BAKI, 11 mart. TELEQRAF

İngiltərənin “Tottenhem” klubu yeni antirekord müəyyənləşdirib.

Teleqraf xəbər verir ki, bu, London klubunun UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Atletiko Madrid”ə “ 2:5 hesabı ilə məğlub olduqları matçda qeydə alınıb.

“Tottenhem” tarixində ilk dəfə olaraq ardıcıl 6 rəsmi matçda məğlubiyyət yaşayıb.

Komanda bundan əvvəl İngiltərə Premyer Liqasında da ardıcıl 5 dəfə uduzub. London təmsilçisi “Mançester Yunayted”, “Nyukasl”, “Arsenal”, “Fulhem” və “Kristal Pelas”a məğlub olub.

Bununla yanaşı, komandanın qapıçısı Antonin Kinsk matçın ilk 15 dəqiqəsində üç qol buraxaraq Çempionlar Liqası rekorduna imza atıb.

Qeyd edək ki, tərəflər arasında cavab oyunu martın 18-də Londonda keçiriləcək.