BAKI, 10 mart. TELEQRAF
Braziliyanın "San-Paulu" klubu argentinalı baş məşqçi Hernan Krespo ilə yollarını ayırmaq qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu karyerası ərzində qazandığı böyük uğurlarla adından söz etdirən və məşqçilik fəaliyyətində də perspektivli kadr kimi tanınan Kresponun gedişinə əsas səbəb komandanın son aylarda nümayiş etdirdiyi qeyri-sabit oyun olub.
"San-Paulu" A Seriyasında ilk 4 turdan sonra 10 xal toplayaraq 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Hernan Krespo 2025-ci ilin yayından bu postu tuturdu.