BAKI, 25 fevral. TELEQRAF

Rusiya millisinin sabiq futbolçusu Dmitri Bulıkin “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı çıxışını yüksək qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə veteran hücumçu “Sport-Ekspress” nəşrinə müsahibəsində danışıb.

“Qarabağ" ilk cəhddən Çempionlar Liqasının pley-offuna çıxmaqla gözləntilərin daha artığını etdi. Bu, həm klubun büdcəsinə gəlir gətirdi, həm də Azərbaycanda bir çox uşağın futbola marağını artırdı. Ən əsası isə futbolçular sübut etdilər ki, Çempionlar Liqasında ilk dəfədən yaxşı çıxış etmək mümkündür”, - deyə Bulıkin bildirib.

Qeyd edək ki, Ağdam təmsilçisi pley-off mərhələsində iki oyunun nəticəsinə görə (3:9) İngiltərənin “Nyukasl” klubuna məğlub olaraq mübarizəni dayandırıb.