BAKI, 25 fevral. TELEQRAF

İngiltərənin “Nyukasl” klubunun futbolçusu Sandro Tonali UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ı 3:2 hesabı ilə məğlub etdikləri görüşdə “matçın oyunçusu” seçilib.

Teleqraf xəbər verir ki, o, "Sent-Ceyms Park" stadionunda təşkil olunan qarşılaşmada ilk qolun müəllifi olub.

İtaliyalı yarımmüdafiəçi 4-cü dəqiqədə hesabı açıb.

Tonali qarşılaşmanın sonuna qədər meydanda olub.