BAKI, 25 fevral. TELEQRAF

Oyun "Nyukasl"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bakıda baş tutan ilk matçda da qələbə qazanan (6:1) "sağsağanlar" 1/8 final mərhələsinə yüksəlib. "Qarabağ" üçün isə tarixi anlarla yadda qalan avrokubok mövsümü başa çatıb.

01:12

***

58-ci dəqiqədə Marko Yankoviç penaltini dəqiq yerinə yetirə bilməsə də, Elvin Cəfərquliyev qayıdan topu çərçivəyə göndərməyi bacardı - 2:3.

01:07

***

"Nyukasl" cəmi bir dəqiqə sonra üçüncü qolunu vurdu. "Sağsağanlar"ın müdafiəçisi Sven Botman adını tabloya yazdırdı.

01:06

***

“Qarabağ” Kamilo Duranın 51-ci dəqiqədə vurduğu qolla fərqi azaltdı - 1:2.

01:00

***

Görüşdə ikinci hissə başladı.

00:45

***

İlk hissə başa çatdı.

00:06

***

6-cı dəqiqədə Joelinton fərqi artırdı - 2:0.

00:04

***

Oyunun 5-ci dəqiqəsində rəqibin yarımmüdafiəçisi Sandro Tonali hesabı açdı.

00:00

***

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”la cavab oyunu başlayıb.

Teleqraf xəbər verir ki, qarşılaşma İngiltərədəki “Sent-Ceyms Park” stadionunda keçirilir.

Matçın baş hakimi italiyalı FIFA referisi Davide Massadır.

Qeyd edək ki, Bakıda baş tutan ilk görüşdə “Qarabağ” rəqibinə 1:6 hesabı ilə uduzub.