BAKI, 24 fevral. TELEQRAF
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.
Teleqraf xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçiriləcək.
Əvvəlcə "Atletiko Madrid" İspaniyada Belçikanın "Brügge" klubunu qəbul edəcək. Bu görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Digər üç matç isə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Yunanıstanın "Olimpiakos" komandası Almaniyada "Bayer Leverkuzen"in, Norveçin "Budo/Qlimt" kollektivi isə İtaliyada yerli "İnter" klubunun qonağı olacaq.
Azərbaycan çempionu "Qarabağ" isə İngiltərədə "Nyukasl"la qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
21:45. "Atletiko Madrid" (İspaniya) - "Brügge" (Belçika)
İlk oyun: 3:3
00:00. "Nyukasl" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)
İlk oyun: 6:1
00:00. "Bayer Leverkuzen" (Almaniya) - "Olimpiakos" (Yunanıstan)
İlk oyun: 2:0
00:00. "İnter" (İtaliya) - "Budo/Qlimt" (Norveç)
İlk oyun: 1:3.