BAKI, 23 fevral. TELEQRAF
“Qarabağ çətin rəqibdir, 9 nömrələri ilə arxaya sürətlə çıxırlar, buna diqqət etməliyik. Amma evdə oynayanda oyun prinsiplərimizi yerinə yetirməyə çalışırıq”
Teleqraf xəbər verir ki, bu sözləri "Nyukasl"ın futbolçusu Ceykob Merfi “Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
O, sabahkı görüşdə qələbə qazanmaq istədiklərini qeyd edib: “Hələ görüləsi çox iş var, amma hazırkı şəraitdən məmnunuq. Cari mövsüm çox yaxşı işlər görmüşük. 1/8 finala yüksəliş buna əlavə dəyər qatacaq”
Merfi ÇL-də öz performansından da söz açıb: “Həqiqətən inanılmaz hislərdir. Bir neçə il əvvəl Çempionlar Liqasındakı oyunlar mənim nail olmaq istədiyim şey idi. İlk qolum məndən sanki qaçırdı və onu vurmaq bir qədər çətin idi. Nəhayət onu vurmaq mümkün oldu”.
Qeyd edək ki, qarşılaşma sabah Bakı vaxti ilə saat 00:00-da İngiltərədə baş tutacaq. Tərəflər arasında ilk qarşılaşma ingilislərin 6:1 hesablı qələbəsi ilə başa çatıb.