BAKI, 23 fevral. TELEQRAF

“Birinci oyunun ilk hissəsində çox uğursuz, bizə yaraşmayan şəkildə oynadıq. İkinci hisssədə isə daha yaxşı idik. Kaş birinci hissədə də elə mübarizə aparardıq. Cavab oyununda da ikinci hissədəki kimi mübarizə aparsaq, yaxşı nəticə göstərə bilərik".

Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın ispaniyalı futbolçusu Coni Montiel “Nyukasl” (İngiltərə) ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə keçirilən mətbuat konfransında söyləyib.

Montiel hansı mövqedə özünü daha rahat hiss etdiyini açıqlayıb: “Xoşbəxtlikdən müxtəlif mövqelərə tez adaptasiya olmaq, çıxış etmək bacarığım var. Özümü daha çox “10 nömrə” mövqeyində görürəm. Amma bu pozisiyada oynayacaq başqa futbolçularımız da var. Mənə hansı mövqedə ehtiyac olarsa, orada özümü göstərməyə hazıram. "Qarabağ"a gəldikdən bəri İspaniya mətbuatına müsahibələrimdə demişəm ki, burada olmaqdan çox xoşbəxtəm. Mən və komanda yoldaşlarım həmişə əlimizdən gələni edirik. Burada tələblər yüksək olduğu üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq".

Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” oyunu fevralın 24-də İngiltərədə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.