BAKI, 23 fevral. TELEQRAF
İngiltərənin “Mançester Siti” klubu mövsümün sonunda baş məşqçi Xosep Qvardiola ilə yollarını ayıracaq.
Teleqraf “Topskills Sports UK”ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 55 yaşlı mütəxəssisin yerinə Enso Mareskanı gətirməyi planlaşdırır.
Klub italiyalı mütəxəssis üçün 5 illik müqavilə hazırlayıb. Bildirilir ki, məhz Qvardiola Mareskanı klub rəhbərliyinə özünə ideal varis kimi tövsiyə edib.
Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ilin yayından etibarən “Mançester Siti”ni çalışdırır.