BAKI, 20 fevral. TELEQRAF

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün ikinci oyuna çıxıb.

Teleqraf xəbər verir ki, B qrupunda yer alan millimiz Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən görüş rəqib komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 5-ci dəqiqədə Pünhan Kərimov vurub.

Qeyd edək ki, U-18 qrupda son oyununu fevralın 21-də Belarus seçməsinə qarşı keçirəcək. Milli ilk matçında Rusiya seçməsinə 1:7 hesabı ilə uduzub.