BAKI, 20 fevral. TELEQRAF
Avrokubokların pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
Teleqraf xəbər verir ki, Azərbaycan 22,937 xalla 27-ci sıraya enib.
Azərbaycanı aktivində 23,343 xalı olan Sloveniya keçib.
Qeyd edək ki, reytinq cədvəlinə 112,352 xalla İngiltərə başçılıq edir.