BAKI, 15 fevral. TELEQRAF
İngiltərənin “Çelsi” klubu ispaniyalı futbolçu Mark Kukurelya ilə müqaviləni uzatmağı düşünür.
Teleqraf “TEAMtalk” nəşrinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 2028-ci ildə müqaviləsi başa çatacaq 28 yaşlı oyunçu ilə danışıqlara dünya çempionatından əvvəl başlamağı düşünür.
Kukurelya son transfer pəncərələrində ona maraq göstərən “Barselona”ya qayıtmağı düşünmür. Hazırda Kukurelya komandanın toxunulmaz futbolçuları sırasında yer alır.
Qeyd edək ki, cari mövsümdə müdafiəçi bütün turnirlərdə 35 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
“Transfermarkt” portalının məlumatına əsasən, Kukurelyanın bazar dəyəri 50 milyon avro təşkil edir.