BAKI, 14 fevral. TELEQRAF

ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messinin 2026-cı il dünya çempionatında iştirak edib-etməyəcəyi hələlik qeyri-müəyyən olaraq qalır.

Teleqraf “The Touchline”a istinadən xəbər verir ki, Argentina millisinin ulduz hücumçusunun mundialda çıxışı birbaşa onun fiziki durumundan asılı olacaq.

Məlumata görə, 38 yaşlı futbolçu hazırda sol bud nahiyəsindəki əzələ zədəsindən bərpa olunur.

Messi fiziki durumu imkan verməyəcəyi təqdirdə, ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi dünya çempionatını buraxmaq variantını nəzərdən keçirir.

Qeyd edək ki, Argentina yığması 2022-ci ildə keçirilən son dünya çempionatının qalibi olub.