BAKI, 13 fevral. TELEQRAF

UEFA Millətlər Liqasının 2026/27 mövsümünün oyun cədvəli rəsmən açıqlanıb.

Teleqraf UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisi mübarizəyə sentyabr ayında start verəcək.

D Liqasının II qrupunda yer alan yığmamız ilk sınağına sentyabrın 27-də çıxacaq. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv səfərdə Litvanın qonağı olacaq. Növbəti turda isə komandamız Bakıda Lixtenşteyni qəbul edəcək.

D Liqası

II qrup

27 sentyabr

18:00. Litva - Azərbaycan

1 oktyabr

21:00. Azərbaycan - Lixtenşteyn

4 oktyabr

18:00. Azərbaycan - Litva

13 noyabr

23:45. Lixtenşteyn - Azərbaycan