BAKI, 12 fevral. TELEQRAF
“Bavariya”nın qapıçısı Manuel Noyer Almaniya millisinin heyətində yayda keçiriləcək dünya çempionatında iştirak etməyəcək.
Teleqraf “Bild”ə istinadən xəbər verir ki, 40 yaşlı qolkiper bu barədə özü açıqlama verib.
Noyer Almaniya Futbol Federasiyasından milli komandaya qayıtmaq üçün çağırış almasına baxmayaraq, bunu rədd edib və qərarının dəyişməyəcəyini açıqlayıb.
Beləliklə, Almaniyanın bir nömrəli qapıçısı dünya çempionatında “Hoffenheim”in şərəfini qoruyan Oliver Baumann olacaq.
Qeyd edək ki, DÇ-2014-ün qalibi Manuel Noyer 2024-cü ilin avqustunda Almaniyada keçirilən Avropa çempionatından sonra milli komandadan istefa etmişdi. Dünya çempionatı bu il 11 iyun – 29 iyul tarixlərində ABŞ, Kanada və Meksikoda keçiriləcək.