BAKI, 12 fevral. TELEQRAF

İngiltərənin “Tottenhem” klubu baş məşqçi postuna İspaniya təmsilçisi “Atletiko Madrid”in çalışdırıcısı Dieqo Simeoneni təyin etmək niyyətindədir.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, London klubunun nümayəndələri artıq argentinalı mütəxəssislə əlaqə saxlayıblar.

Kluba Simeonenin gələn yaydan etibarən təklifləri dəyərləndirəcəyi bildirilib.

Xatırladaq ki, “Tottenhem” 2025-ci ilin yayından komandaya rəhbərlik edən Tomas Frankı dünən istefaya göndərib. Dieqo Simeone isə 2011-ci ildən “Atletiko”nun baş məşqçisidir. Cari mövsümdə İngiltərə Premyer Liqasının 26 turundan sonra “Tottenhem” 29 xalla turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.