ŞAMAXI, 10 fevral. TELEQRAF

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Nəriman Axunzadənin ABŞ-nin “Kolumbus Kru” klubuna transfer olunması məsələsinə münasibət bildirib.

Teleqraf-ın məlumatına görə, təcrübəli mütəxəssis bildirib:

“Ciddi danışıqlar gedir. Sona yaxınlaşır, amma konkret deyil. Nərimanın getməsi əlbəttə, ürəkaçan deyil. Amma son zamanlar baş verənlərə görə getməsi lazım idi. Nəriman bizim son illərdəki ən məhsuldar oyunçularımızdan biri idi. Son başverənlərdən sonra özünü ələ ala bilmədi. Getməsi lazımdır ki, özünü yenidən tapa bilsin, toparlana bilsin. Edəcək bir şey yoxdur. Təki alınsın, onun üçün yaxşı olsun. Böyümək üçün son iki ildə çox çalışırdı”.