BAKI, 9 fevral. TELEQRAF

Rusiyanın "Zenit" klubu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasından Con Duranı icarəyə götürüb.

Teleqraf xəbər verir ki, bu barədə Sankt-Peterburq təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı hücumçu cari mövsümün sonuna qədər "Zenit"də çıxış edəcək.

Qeyd edək ki, Con Duran mövsümün ilk yarısını icarə əsasında Türkiyənin "Fənərbağça" klubunda keçirib. O, "sarı-lacivərdlilər"in heyətində meydana çıxdığı 21 oyunda 5 qol vurub.