BAKI, 1 fevral. TELEQRAF

İngiltərənin “Lester Siti” klubu sabiq baş məşqçisi Enso Mareskanı yenidən komandaya qaytarmaq niyyətindədir.

Teleqraf “Mirror”a istinadən xəbər verir ki, klub rəhbərliyi 45 yaşlı mütəxəssisə mövsümün sonuna qədər nəzərdə tutulan qısamüddətli müqavilə təklif etməyi planlaşdırır.

Mareskanın adı “Mançester Siti” və “Tottenhem”lə hallandığı üçün “Lester” ona uzunmüddətli sözləşmə təklif etməyəcək.

Hazırda “tülkülər”ə müvəqqəti olaraq Endi Kinq rəhbərlik edir.

Qeyd edək ki, Enso Mareska 2023-2024-cü illərdə “Lester Siti”nin baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında Çempionşipin qalibi olub.