BAKI, 30 yanvar. TELEQRAF

UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Teleqraf xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan püşkatma mərasimində Türkiyə təmsilçisi "Fənərbağça"nın da rəqibi müəyyənləşib.

İstanbul təmsilçisi 1/8 finala gedən yolda İngiltərənin “Nottingem Forest” klubu ilə qarşılaşacaq.

"Fənərbağça" (Türkiyə) - "Nottingem Forest" (İngiltərə)

"Panatikos" (Yunanıstan) - " Viktoriya Plezen" (Çexiya)

"Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan)

"Dinamo Zaqreb" (Xorvatiya) - "Genk" (Belçika)

"Seltik" (Şotlandiya) - "Ştuttqart" (Almaniya)

"Brann" (Norveç) - "Bolonya" (İtaliya)

PAOK (Yunanıstan) - "Selta" (İspaniya)

"Lill" - "Srvena Zvezda" (Serbiya)

Qeyd edək ki, pley-off mərhələsinin oyunları fevralın 19 və 26-da keçiriləcək.