BAKI, 24 yanvar. TELEQRAF

Azərbaycanın FIFA referisi Hikmət Qafarlı Avropa çempionatının final mərhələsi çərçivəsində növbəti təyinatını alıb.

Teleqraf Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Qafarlı B qrupunda keçiriləcək Ukrayna – Litva qarşılaşmasının birinci hakimi olacaq.

Ona İngiltərədən Peter Nurs və İtaliyadan Çiara Perona kömək edəcəklər. Görüş yanvarın 25-də, saat 19:00-da Kaunasdakı 17 500 azarkeş tutumu olan "Jalgiris Arena"da baş tutacaq.

Qeyd edək ki, H. Qafarlının ilk təyinatı yanvarın 22-də həmin arenada keçirilmiş Ermənistan – Ukrayna görüşünə olmuşdu. Həmin matçda timekeeper funksiyasını yerinə yetirən referi bu dəfə final mərhələsində ilk dəfə meydanda əsas hakim kimi debüt edəcək.