BAKI, 24 yanvar. TELEQRAF
ABŞ-nin “Vaşinqton Spirit” klubunun və milli komandasının futbolçusu Triniti Rodman dünyanın ən çox maaş alan qadın futbolçusu olub.
Teleqraf xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.
Sabiq basketbolçu Dennis Rodmanın 23 yaşlı qızı klub ilə üçillik yeni müqavilə imzalayaraq buna nail olub. Ulduz oyunçu “Vaşinqton Spirit” klubu ilə 2028-ci ilədək qüvvədə olacaq müqavilədən bonuslarla birlikdə illik təxminən 2 milyon dollar qazanc əldə edəcək.
Qeyd edək ki, Rodman 2021-ci ildən “Vaşinqton Spirit” klubunun formasını geyinir. O, 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında iştirak edib və üç qol vurub. Finalda ABŞ millisi Braziliya yığmasına qalib gəlib.