BAKI, 23 yanvar. TELEQRAF

Azərbaycan Premyer Liqasının XVII turunda “Neftçi” və “Zirə” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, “Palms Sport Arena”da keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Baş hakim Fərid Hacıyevin idarə etdiyi görüşdən sonra Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv 21 xalla turnir cədvəlinin 7-ci, Rəşad Sadıqovun komandası isə 29 xalla 3-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, günün ilk matçında “Araz-Naxçıvan” səfərdə “İmişli” ilə 2:2 hesablı heç-heçə edib.