BAKI, 23 yanvar. TELEQRAF

UEFA Çempionlar Liqasının VII turunda Qazaxıstanın “Kayrat” və Belçikanın “Brügge” klubları arasındakı oyundan sonra rəqib klubun üç azarkeşi həbs edilib.

Teleqraf “Vesti.kz” nəşrinə istinadən xəbər verir ki, buna səbəb qazaxların 1:4 hesabı ilə məğlub olduğu matça belçikalı azarkeşlərin “Borat” filmindəki kimi çimərlik geyimində gəlməsi olub.

Polis bunu ətrafdakılara hörmətsizlik və ictimai asayişin pozulması kimi dəyərləndirərək həmin şəxsləri həbs edib. Məhkəmə onların beş gün müddətinə inzibati həbsinə qərar verib.