BAKI, 22 yanvar. TELEQRAF

Türkiyənin “Fənərbağça” klubu UEFA Avropa Liqasının VII turu çərçivəsində İngiltərənin “Aston Villa” komandasını qəbul edib.

Teleqraf xəbər verir ki, Şükrü Saracoğlu stadionunda keçirilən matç qonaqların 1:0 hesablı qələbəsi iıə başa çatıb.

Görüşdə yeganə qolu 25-ci dəqiqədə Ceydon Sanço vurub.

Bununla da “Aston Villa” xallarının sayını 18-ə çatdıraraq üçüncü pilləyə yüksəlib və 1/8 final mərhələsinə birbaşa vəsiqəni təmin edib. “Fənərbağça” 11 xalla 16-cı sıradadır.