BAKI, 22 yanvar. TELEQRAF

Almaniyanın “Ayntraxt Frankfurt” klubunda yeni baş məşqçi axtarışları davam edir.

Teleqraf “Kicker” nəşrinə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi Dino Toppmölleri istefaya göndərdikdən sonra əsas namizəd hesab olunan Marko Roze ilə razılıq əldə etməkdə çətinlik çəkir.

Məşqçinin sabiq klubu “Leypsiq”lə müqaviləsi davam etdiyi üçün Frankfurt komandası 1 milyon avro təzminat ödəməlidir. Lakin Rozenin özünün də “Ayntraxt”a keçməyə tərəddüd etdiyi bildirilir. O, klubun dərhal yüksək nəticə tələb etməsindən narahatdır.

“Ayntraxt”ın növbəti oyunlara da müvəqqəti baş məşqçi Dennis Şmittin rəhbərliyi altında çıxacağı gözlənilir.

Qeyd edək ki, “Ayntraxt” ötən gün UEFA Çempionlar Liqasının VII turu çərçivəsində Bakıda “Qarabağ”a 2:3 hesabı ilə məğlub olub.