BAKI, 21 yanvar. TELEQRAF

UEFA Çempionlar Liqasında “Ayantraxt”a 3:2 hesabı ilə qalib gələn “Qarabağ”ın futbolçusu Kamillo Duran matçın oyunçusu seçilib.

Teleqraf xəbər verir ki, matçdan sonra ona mükafat təqdim edilib.

Duran matçın 4-cü və 80-ci dəqiqələrində qol vuraraq komandasının qələbəsində böyük pay sahibi olub.

Qeyd edək ki, “Qarabağ” hazırda 10 xalla Çempionlar Liqasının turnir cədvəlində 17-ci pillədədir.