BAKI, 20 yanvar. TELEQRAF

“Turnirin əhəmiyyətini nəzəraq alsaq, önəmli oyundur. Qalib gəlsək, nələrin baş verəcəyini bilirsiniz. Əminliklə deyə bilərəm ki, bu, mənim karyeram üçün olduqca əhəmiyyətli oyundur”.

Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın braziliyalı futbolçusu Pedro Bikalyo Bakıda Almaniyanın "Ayntraxt" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu ilə bağlı danışarkən deyib.

“Allah şəhidlərə rəhmət eləsin. İnanıram ki, sabahkı oyunda toplanışdakı hazırlığımızı meydanda reallaşdıra bilərik. Türkiyədə təlim-məşq toplanışımız çox yaxşı keçdi. Çempionlar Liqası matçıdır, bizim üçün çox vacibdir. Bu, bizim üçün çox önəmli idi. İnanıram və ümid edirəm ki, bu toplanışda işlədiklərimizi sabah həyata keçirə biləcəyik. Yenidən matçın oyunçusu seçilməyim kimi məqsədim yoxdur. Əsas komandanın qələbəsidir. Kim seçiləcək, o artıq başqa məsələdir. Belə bir hədəfim yoxdur.

Bikalyo adının bir çox klublarla hallanmasına da münasibət bildirib: “Qətiyyətlə deyə bilərəm ki, bu, mənim oyuna köklənməyimə mane olmur. Bu matç karyeramın ən önəmli oyunudur. Tamamilə bu qarşılaşmaya fokuslanmışam. Digər məsələlər Qurban Qurbanovun və klub rəhbərliyinin işidir. Mən yanız oyunu düşümürəm”.