BAKI, 14 yanvar. TELEQRAF

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən olan İngiltərənin “Liverpul” klubunun futbolçusu Uqo Ekitike tarixi nailiyyətə imza atıb.

Teleqraf xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı hücumçu mersisaydlıların əfsanəsi Kenni Dalqlişin 48 illik rekordunu təkrarlayıb.

"Barnsli"yə qarşı keçirilən İngiltərə Kuboku matçında (4:1) fərqlənən Ekitike "Liverpul"dakı debüt mövsümündə 5 fərqli turnirdə qol vurmağı bacarıb.

O, daha əvvəl İngiltərə Premyer Liqasında, İngiltərə Kubokunda, İngiltərə Superkubokunda və UEFA Çempionlar Liqasında da fərqlənib.

Bundan əvvəl analoji uğura yalnız Kenni Dalqliş 1977/78 mövsümündə imza atıb.

Qeyd edək ki, “Liverpul”la “Qarabağ” yanvarın 28-də qarşılaşacaq.