BAKI, 12 yanvar. TELEQRAF
Portuqaliyanın "Portu" klubu baş məşqçisi Françesko Farioli müqaviləni yeniləyib.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliyalı mütəxəssis müddəti 2028-ci ilin yayına qədər olan sözləşmə imzalayıb.
Qeyd edək ki, Françesko Farioli 2025-ci ilin yayından "Portu"nun baş məşqçisidir. Komanda 36 yaşlı məşqçinin rəhbərliyi altında 27 oyun keçirib, 23 qələbə qazanıb, 2 heç-heçə edib və 2 dəfə məğlub olub.