BAKI, 12 yanvar. TELEQRAF

Məşhur baş məşqçi Rollan Kurbis vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Fransalı mütəxəssis yanvarın 12-də 72 yaşında vəfat edib.

Kurbis bir çox Fransa klublarını, o cümlədən "Bordo"nu çalışdırıb. O, bu komandada əfsanəvi Zinəddin Zidanın baş məşqçisi olub və ona "Zizu" ləqəbini verib.

Qeyd edək ki, Rollan Kurbis son olaraq 2016-cı ildə "Renn"də işləyib.