BAKI, 12 yanvar. TELEQRAF
İngiltərə Kubokunun 1/32 final mərhələsində keçirilən oyun zamanı halı pisləşən "Norviç Siti" klubunun azarkeşi matç başa çatdıqdan sonra dünyasını dəyişib.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Açıqlamada bildirilir ki, klub mərhum azarkeşin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
“İngiltərə Kuboku matçından sonra azarkeşimizin vəfat etdiyini böyük təəssüflə bildiririk. Bu son dərəcə çətin zamanda ailəsinə və dostlarına səmimi başsağlığımızı çatdırırıq”, - deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, qarşılaşma yanvarın 11-də baş tutub. "Norviç Siti" doğma meydanda "Uolsol" komandasını 5:1 hesabı ilə məğlub edib.