BAKI, 11 yanvar. TELEQRAF

Fransanın PSJ klubunun ispaniyalı baş məşqçisi Luis Enrike postunu tərk edə bilər

Teleqraf “Daily Express” nəşrinə istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis 2027-ci ilin yayında başa çatacaq müqaviləsini yeniləmək niyyətində deyil.

Enrike digər komandada yeni çağırış almaq istəyir. Daha əvvəl Fransa klubunun idman direktoru Luish Kampuş mütəxəssisin PSJ-dən gedəcəyi ilə bağlı xəbərləri doğru saymamışdı.

Qeyd edək ki, Luis Enrike 2023-cü ilin yayından Paris klubunun baş məşqçisi vəzifəsindədir. Onun rəhbərliyi altında PSJ Çempionlar Liqasını, UEFA Superkubokunu qazanıb, iki dəfə Fransa çempionu olub. Cari mövsüm Liqa 1-in 17 turundan sonra Enrikenin kollektivi 39 xal toplayaraq ikinci pillədə qərarlaşıb.