BAKI, 4 noyabr. TELEQRAF

İspaniyanın “Barselona” klubunun futbolçusu Rodri La Liqanın növbəti turunda “Atletiko” ilə qarşılaşmanı buraxacaq.

Teleqraf xəbər verir ki, buna yarımmüdafiəçinin UEFA Çempionlar Liqasının IV turunda İngiltərənin “Aston Villa” komandası ilə görüşdə (3:0) aldığı zədə səbəb olub.

Klubun mətbuat xidmətinin məlumatına görə, tibbi müayinədən sonra futbolçunun sağ ayağının arxa bud əzələsində yüngül zədə aşkarlanıb. Rodri “Aston Villa” ilə matçın fasiləsində əvəzlənib.

Onun yaşıl meydanlara qayıdacağı tarix bərpa prosesindən asılı olacaq. Lakin futbolçunun “Atletiko” ilə görüşdə meydana çıxmayacağı dəqiqləşib.

Qeyd edək ki, “Atletiko” – “Barselona” qarşılaşması noyabrın 8-də keçiriləcək.