BAKI, 4 noyabr. TELEQRAF

Almaniyanın “Bavariya” klubunun avstriyalı futbolçusu Konrad Laymer UEFA Çempionlar Liqasında tarixi statistikaya imza atıb.

Teleqraf “Opta”ya istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi “Atletiko” ilə görüşdə rəqibin cərimə meydançasında 13 dəfə topla təmasda olub.
O, 74-cü dəqiqədə fərqlənərək komandasının 2:0 hesablı qələbəsində pay sahibi olub.

2003/04 mövsümündən bəri Çempionlar Liqasında yalnız bir müdafiəçi bir oyunda rəqibin cərimə meydançasında Laymer qədər topla təmasda olub. Bu, 2017-ci ildə “Bavariya” ilə qarşılaşmada “Real Madrid”in müdafiəçisi Marselodur.

Qeyd edək ki, Laymerin “Bavariya” ilə müqaviləsi 2029-cu ilə qədər uzadılıb.