BAKI, 4 noyabr. TELEQRAF

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının X turunda baş verən mübahisəli hakim qərarlarına münasibət bildirib.

Teleqraf xəbər verir ki, o, “Kəpəz” – “İmişli” matçında baş hakimin səhvə yol verdiyini açıqlayıb.

Həsənovun sözlərinə görə, “İmişli”nin vurduğu qol qaydalara uyğun olsa da, hakimlər tərəfindən qeydə alınmayıb.