BAKI, 11 yanvar. TELEQRAF
“Mançester Siti” komandası İngiltərə Kubokunun III raundu çərçivəsində rekord göstəricini təkrarlayıb.
Teleqraf xəbər verir ki, “şəhərlilər” buna “Etihad” stadionunda III Liqa təmsilçisi “Ekseter Siti”ni 10:1 hesabı ilə məğlub edərək nail olublar.
Bununla da, Xosep Qvardiolanın komandası İngiltərə Kubokunda ev oyunlarında doğma meydanda ardıcıl 16-cı qələbəsini qazanıb. Sözügedən rekord 1939–1955-ci illərdə ev oyunlarında 16 qələbə qazanan “Liverpul”a məxsus idi.
Qeyd edək ki, “Mançester Siti”nin İngiltərə Kubokunda ev oyunlarındakı bu qələbə seriyası 2015-ci ildən etibarən davam edir.