BAKI, 9 yanvar. TELEQRAF

Təlim-məşq toplanışıını Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçən “Neftçi" bu gün ilk yoxlama oyununu keçirib.

Teleqraf xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv Qazaxıstanın "Kayrat" klubu ilə qarşılaşıb.

“321 Sports Club” stadionunda baş tutan qarşılaşma “ağ-qaralar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda qolları Ağadadaş Salyanski (67), Vensan Abubakar (89) və Murad Məmmədov (90+2) vurublar.

Qeyd edək ki, "Neftçi" yanvarın 13-də “Piramids” (Misir), 16-da isə “Çenqdu Ronqçenq” (Çin) klubları ilə qarşılaşacaq.