BAKI, 9 yanvar. TELEQRAF

"Sabah" klubu futbolçu Aaron Maludanın transfer hüququna yiyələnib.

Teleqraf xəbər verir ki, bu barədə Masazır təmsilçisinin rəsmi saytında məlumat yayılıb.

20 yaşlı oyunçunun icarəsi ilə bağlı Fransanın "Lill" klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.

Maluda ilə yeni, 4 illik sözləşmə bağlanıb.

Fransalı oyunçu ötən ilin sentyabrından "Sabah"ın uğurları üçün çalışır. O, komandanın heyətində 12 oyun keçirib, 2 qola imza atıb.