BAKI, 9 yanvar. TELEQRAF
Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan “Turan Tovuz”un hazırlıq planında dəyişiklik olub.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflərin qarşılıqlı razılığına əsasən yanvarın 10-da Rumıniya təmsilçisi “Hermanştadt”la nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.
Qeyd edək ki, "Turan Tovuz" yanvarın 17-də Polşa təmsilçisi “Poqon”la yoxlama oyunu keçirəcək. Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın hazırlıq prosesi yanvarın 18-də başa çatacaq.