BAKI, 8 yanvar. TELEQRAF

Braziliyanın “Koritiba” klubunun futbolçusu Lukas Krepaldi debüt oyununda ağır zədə alıb.

Teleqraf "A Bola" nəşrinə istinadən xəbər verir ki, hadisə “Foz do İquaçu” ilə oyunun 14-cü dəqiqəsində baş verib.

18 yaşlı hücumçu rəqib qapıçı Dieqo Kosta ilə hava mübarizəsinə girərkən toqquşub və nəticədə sol qolunu sınıb.

Lukas Krepaldi dərhal ambulansla xəstəxanaya aparılıb.