BAKI, 7 yanvar. TELEQRAF

Fransanın "Strasbur" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, bu posta Qari O Nil təyin olunub.

42 yaşlı mütəxəssis İngiltərə "Çelsi"sinə keçən Liam Rosenyoru əvəzləyib.

Qeyd edək ki, Qari O Nil daha əvvəl İngiltərənin "Vulverhempton" və "Bornmut" komandalarının baş məşqçisi olub.