BAKI, 6 yanvar. TELEQRAF
“Mançester Yunayted”dən qovulan Ruben Amorim mövsümün sonunadək heç bir klubda işləməyəcək.
Teleqraf xəbər verir ki, portuqaliyalı mütəxəssis Yaxın Şərq və Braziliyadan olan komandaların təklifini dəyərləndirmək niyyətində deyil.
Müqaviləyə vaxtından əvvəl xitam verildiyi üçün Amorim Premyer Liqa klubundan 10,05 milyon funt sterlinq (təxminən 11,6 milyon avro) təzminat alacaq.
Xatırladaq ki, “Mançester Yunayted” Ruben Amorimin baş məşqçi postundan uzaqlaşdırıldığını yanvarın 5-də rəsmən açıqlayıb.